"Sərhədlərin pozulmasına xəbərdarlıqsız reaksiya verəcəyik"- Lukaşenko

   "Sərhədlərin pozulmasına xəbərdarlıqsız reaksiya verəcəyik"-   Lukaşenko
  23 Avqust 2020    Oxunub:4650
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkənin sərhədlərini pozmaq cəhdlərinə xəbərdarlıq etmədən cavab veriləcək.
Azvision.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Qeyd edilib ki, Lukaşenko müvafiq bəyanatı Qrodno bölgəsində poliqonun iclasında verib. Görüş zamanı Müdafiə naziri Viktor Xrenin dövlət başçısını sərhəd yaxınlığında uçuşların artması barədə məlumatlandırıb.

"Xəbərdarlıq etmədən! Əgər onlar dövlət sərhədini pozarlarsa, xəbərdarlıq etmədən reaksiya verərik",-deyə Belarus lideri vurğulayıb.

Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti