ABŞ-da bir gündə 1792 nəfər virusdan ölüb

ABŞ-da bir gündə 1792 nəfər virusdan ölüb
  23 Avqust 2020    Oxunub:3496
ABŞ-da son sutka ərzində 52 848 insan yeni növ koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilib ki, ümumilikdə ölkədə COVID-19-a yoluxmuş şəxslərin sayı 5 800 392 nəfərə çatıb. Koronavirus qurbanlarının sayı 1792 nəfər artaraq 179 248 olub. Yoluxma daha çox Kaliforniya, Texas və Florida ştatlarında qeydə alınıb.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: ABŞ   Yoluxma  





Xəbər lenti