Özbəkistanda COVID-19-a yoluxma sayı artdı

Özbəkistanda COVID-19-a yoluxma sayı artdı
  23 Avqust 2020    Oxunub:4481
Özbəkistanda son sutka ərzində daha 285 nəfər koronavirusa yoluxub, 4 nəfər pandemiyanın qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 38 231 nəfərdir. İndiyədək 33 989 pasiyent sağalıb, 262 nəfər həyatını itirb.

Ölkədə 100 min insan müşahidə altındadır, 3 980 nəfərin müalicəsi davam edir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Özbəkistan  





Xəbər lenti