Braziliyada virus qurbanlarının sayı artıb

Braziliyada virus qurbanlarının sayı artıb
  22 Avqust 2020    Oxunub:4501
Braziliyada son 24 saat ərzində 1054 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 113 min 358-ə yüksəlib. Yoluxma sayı 30 min 355 nəfər artaraq 3 milyon 532 min 330-a çatıb. İndiyədək 2 milyon 670 min 755 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə olunur.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: Brazilya   virus  





Xəbər lenti