İranda daha 126 nəfər koronavirusdan öldü

İranda daha 126 nəfər koronavirusdan öldü
  22 Avqust 2020    Oxunub:3614
İranda son sutka ərzində daha 126 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 20 min 502 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2028 nəfər artaraq 356 min 792-yə yüksəlib.

İranda indiyədək 307 min 702 pasiyent sağalıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İran   virus  





Xəbər lenti