İranın yeni səfirindən ilk açıqlama

 İranın yeni səfirindən ilk açıqlama
  22 Avqust 2020    Oxunub:4405
Avqustun 21-də İran İslam Respublikasının səfiri olaraq dost və qardaş Azərbaycana gəldim.
Azvision.az xəbər verir ki, bunu İranın Bakıdakı yeni səfiri Abbas Musəvi “Twitter” hesabında yazıb.

“Yüksək siyasi münasibətlərlə yanaşı, iqtisadi əlaqələrimizi də inkişaf etdirəcəyimə ümidvaram”, - deyə səfir əlavə edib.

Xatırladaq ki, A.Musəvi buna qədər İran Xarici İşlər Nazirliyinin sözçüsü olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Səfir  





Xəbər lenti