Gürcüstan Rusiya ilə uçuşları bərpa etmək istəyir

Gürcüstan Rusiya ilə uçuşları bərpa etmək istəyir
  22 Avqust 2020    Oxunub:3829
Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Rusiya ilə müntəzəm birbaşa uçuşların bərpa edilməsinin Moskvadan asılı olduğunu söyləyib.
Azvision.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Bundan əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yaxın vaxtlarda iki ölkə arasında uçuşların bərpa olunacağına ümid etdiyini bildirib.

“Gürcüstan Rusiyaya uçuşları dayandırmayıb. Uçuşların bərpa olunması Rusiya Federasiyasından asılıdır", - Baş Nazir deyib.

Qaxariya əlavə edib ki, həm Rusiyada, həm də Gürcüstandakı epidemioloji vəziyyət hava nəqliyyatının bərpa olunmasında mühüm rol oynayır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti