Lukaşenko ölkəni qorumaq üçün sərt tədbirlər görməyi tapşırdı

 Lukaşenko ölkəni qorumaq üçün sərt tədbirlər görməyi tapşırdı
  22 Avqust 2020    Oxunub:3808
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin hərbi komandanlığına respublikanın ərazi bütövlüyünün qorunması üçün ən sərt tədbirlər görməyi tapşırıb.
Azvision.az “Sputnik Belarus”a istinadən xəbər verir ki, bu barədə Lukaşenko Qrodno şəhəri yaxınlığındakı hərbi təlim poliqonuna baş çəkərkən deyib.

Dövlət başçısı Müdafiə nazirinə və Qərb əməliyyat komandanlığının rəhbərinə ilk növbədə Belarusun "qərb incisi" olan Qrodnonu qorumaq üçün bütün səyləri göstərməyi tapşırıb.

"Ölkəmizin ərazi bütövlüyünün qorunması üçün ən sərt tədbirlər görülməlidir”, - deyə Belarus lideri vurğulayıb.

O əlavə edib ki, ölkədəki hadisələr xarici faktorun iştirakı ilə "rəngli inqilablar planı"na uyğun olaraq davam edir.

"Gözlədiyimiz kimi, hər şey ölkədəki daxili siyasi vəziyyətin qarışması ilə “rəngli inqilablar planı” ilə gedir. Vəziyyətin orijinallığı və özəlliyi, xarici amillərə bağlı olmasıdır. Bu, həmişə olmur".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti