Navalnı artıq Berlindədir, vəziyyəti stabildir

Navalnı artıq Berlindədir, vəziyyəti stabildir
  22 Avqust 2020    Oxunub:3786
Rusiya müxalifətinin lideri, bloger Aleksandr Navalnının səhhəti stabildir.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” Almaniya mətbuatına istinadən yazıb.

Qeyd edilib ki, Navalnını Omskdan Almaniyaya aparan tibbi təyyarə artıq Berlinə enib.

“Berlinə enəndən sonra Navalnının vəziyyəti sabitdir”, - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, müxalifət lideri müalicə aldığı Omskdakı xəstəxanadan xüsusi tibbi təyyarə ilə Almaniyaya aparılıb. Koma vəziyyətində olan Navalnı Berlindəki “Şarite” klinikasında müalicəsini davam etdirəcək.

Onun avqustun 20-də Tomskdan Moskvaya uçarkən vəziyyəti pisləşib. Təyyarə Omskda təcili eniş edib və Navalnı xəstəxanaya yerləşdirilib.

Müxalifətçinin zəhərləndiyi bildirilsə də, rusiyalı həkimlər bu versiyanı təsdiqləməyiblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Omsk  





Xəbər lenti