WeChat istifadəçiləri Trampa qarşı iddia qaldırdılar

WeChat istifadəçiləri Trampa qarşı iddia qaldırdılar
  22 Avqust 2020    Oxunub:3090
ABŞ-da WeChat istifadəçilərinin bir qrupu bu sosial şəbəkədən istifadəni qadağan edən "konstitusiyaya zidd" sərəncamı ləğv etmək üçün Prezident Donald Tramp administrasiyasına qarşı iddia qaldırıb.
Azvision.az xəbər verir ki, bu barədə "Wall Street Journal" yazıb.

Məlumata görə, qeyri-kommersiya təşkilatı olan ABŞ-ın WeChat İstifadəçilər Alyansı (US WeChat Users Alliance), habelə kiçik müəssisələrin nümayəndələri, fiziki şəxslər San-Fransisko şəhərinin rayon məhkəməsində iddia qaldırıblar.

Şikayətçilər WeChat messencerinin Çinin texnologiya nəhəngi “Tencent” şirkəti ilə əlaqəli olmadığını söyləyiblər.

Onların sözlərinə görə, Trampın sərəncamı WeChat istifadəçilərinin söz azadlığı, qanunla nəzərdə tutulan bərabərliyin qorunması hüququnu pozur.

"Düşünürük ki, tətbiqin istifadəsinə qoyulan qadağa, - əgər onlar nəhayət bunu elan etsələr -, konstitusiyaya ziddir. Əgər tətbiqi bazardan çıxarsalar, biz bunun üçün mübarizə aparacağıq", - iddiaçıların vəkillərindən biri Maykl Biena deyib.

Xatırladaq ki, Tramp TikTok və WeChat şəbəkələrini qadağan edən sərəncam imzalayıb. Qadağa sentyabrın sonunda qüvvəyə minəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: WeChat  





Xəbər lenti