Ermənistanda koronavirusdan ölüm sayı 710-u keçdi

Ermənistanda koronavirusdan ölüm sayı 710-u keçdi
  27 İyul 2020    Oxunub:2554
Ermənistanda son sutka ərzində daha 73 nəfərdə koronavirus aşkarlanıb, ümumi yoluxma hallarının sayı 37 390 nəfərə çatıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bir gün ərzində virusa yoluxmadan 6 nəfər ölüb.

Pandemiya qurbanlarının sayı 711 nəfərə yüksəlib. Koronavirusa yoluxub, digər xəstəlikdən vəfat edənlərin sayı isə 211 nəfərdən çoxdur. İndiyədək 26 665 nəfər infeksiyadan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti