Baş konsul ABŞ mediasında erməni təxribatlarından yazdı
N.Ağayev qeyd edir ki, Amerika Erməni Milli Komitəsi (ANCA) bu zorakı qrupa rəhbərlik etməklə öz aqressiv və radikal daşnak ideologiyasının əsl simasını hər kəsə nümayiş etdiriblər.
N.Ağayev sonra dünyanın iki ən böyük yəhudi təşkilatı olan, Los Ancelesdə fəaliyyət göstərən Simon Vizental Mərkəzi və Amerika Yəhudi Komitəsinin, eləcə də ABŞ-da yaşayan 250 min israillini birləşdirən İsrail Amerikalıları Şurasının həmvətənlərimizə qarşı həyata keçirilmiş zorakılığı qətiyyətlə pislədiklərini qeyd edir və onların açıqlamalarından sitatlar gətirir.
Baş konsul Los Ancelesdə fəaliyyət göstərən digər bütün icmalara, dini liderlərə və seçkili orqanların rəhbərlərinə müraciət edərək, onları bu nifrət zəminində törədilmiş cinayəti qınamağa çağırır və bu cür davranışların müasir günümüzdə və gələcəyimizdə yeri olmadığını dilə gətirir.
Həmçinin, N.Ağayev qeyd edir ki, ABŞ-da doğulmuş və Los Anceles kimi multikultural şəhərdə böyümüş gənc erməni daşnaklarının nümayiş etdirdikləri yüksək aqressivlik onların əhatə olunduğu, daim nifrət və düşmənçilik aşılayan mühitin mövcudluğundan xəbər verir ki, bu da istənilən icma üçün və gələcək nəsillər üçün olduqca zərərli bir haldır.
Məqalə ilə BURADAN tanış ola bilərsiniz.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ABŞ