“Silah məsələsi məni dərindən narahat etdi” - Serbiyanın sabiq səfiri

 “Silah məsələsi məni dərindən narahat etdi” -  Serbiyanın sabiq səfiri
  27 İyul 2020    Oxunub:4103
Serbiyanın Ermənistana silah satması ilə bağlı məlumatlar məni dərindən narahat etdi.
Bunu Azvision.az -a eksklüziv açıqlamasında Serbiyanın Azərbaycandakı sabiq səfiri Zoran Vayoviç deyib.

O bildirib ki, 2014-cü ildən Xarici İşlər Nazirliyində və hökumət strukturunda çalışmır, lakin hadisələri yaxından izləyir.

“Mənim ağrım həddindən artıq dərindir. Güvən və qarşılıqlı anlaşmanın, eyni zamanda dostluq münasibətlərinin, səmimi strateji tərəfdaşlığın bərpa olunacağına böyük ümid bəsləyirəm. Səfir kimi çalışdığım müddətdə mən bunun üçün bütün gücümü, bilik və təcrübəmi sərf etdim”, - deyə Vayoviç əlavə edib.



Z.Vayoviç 2011-2014-cü illərdə Serbiyanın Bakıdakı səfiri olub.

Qeyd edək ki, Xarici İşlər nazirinin müavini Xələf Xələfov ötən həftə keçirdiyi brifinqdə Serbiyanın Ermənistana silah satması barədə araşdırmalara başlandığını bəyan edib. Onun sözlərinə görə, Serbiya şirkətlərinin Ermənistana satdığı silahlar Tovuzda Azərbaycana qarşı istifadə olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ZoranVayoviç  





Xəbər lenti