Pandemiya qurbanlarının sayı 650 mini keçdi

 Pandemiya qurbanlarının sayı 650 mini keçdi
  27 İyul 2020    Oxunub:4426
Dünyada koronavirusdan ölənlərin sayı 650 min nəfəri keçib.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 650 min 117 nəfərə yüksəlib.

İndiyədək 16 milyon 305 min 184 nəfər koronavirusa yoluxub, 9 milyon 967 min 860 pasiyent sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti