Hindistanda 48 mindən çox yeni yoluxma aşkarlandı

Hindistanda 48 mindən çox yeni yoluxma aşkarlandı
  26 İyul 2020    Oxunub:4138
Hindistanda son sutka ərzində 48 min 661 nəfər koronavirusa yoluxub, 705 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 1 milyon 385 min 522 nəfərə çatıb. İndiyə kimi 885 min xəstə sağalıb, 32 min 63 nəfər pandemiyanın qurbanı olub.

Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti