Gürcüstandan Ermənistana 300 hərbi texnika aparılıb?

 Gürcüstandan Ermənistana 300 hərbi texnika aparılıb?
  26 İyul 2020    Oxunub:12991
Rusiyanın 300 ədəd hərbi texnikanı Gürcüstan ərazisindən keçməklə Ermənistana göndərməsi barədə məlumatlar həqiqəti əks etdirmir. Bu, hansısa siyasi partiyanın nəzarətində olan KİV-lərin ucuz təbliğatından başqa bir şey deyil.
Azvision.az xəbər verir ki, bunu Gürcüstan Baş Nazirinin müşaviri İrakli Çikovani deyib.

Onun sözlərinə görə, bəzi KİV-lərin öz havadarlarının maraqlarına uyğun yalan məlumatlar yaymasının heç bir mənası yoxdur.

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Qafqazda sülhə alternativ yoxdur və bizim mövqeyimiz dəyişməyib”, - deyə Çikovani qeyd edib.

Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti