Axtarışda olan təhlükəli terrorçu zərərsizləşdirildi

Axtarışda olan təhlükəli terrorçu zərərsizləşdirildi
  26 İyul 2020    Oxunub:4100
Türkiyənin təhlükəsizlik qüvvələri Tunceli vilayətində antiterror əməliyyatı keçirib.
Azvision.az xəbər verir ki, əməliyyat nəticəsində məhv edilən terrorçulardan biri “Savaş Fırat” ləqəbli Yahya Atmaca olub.

Türkiyə Daxili İşlər Nazirliyi axtarışda olan terrorçunun ələ keçirilməsi üçün 1 milyon lirə vəsait ayırmışdı.

Qeyd edək ki, Y.Atmaca 2011-ci ildə bir polis zabiti və onun həyat yoldaşının öldürüldüyü terror aktında və digər cinayətlərdə ittiham olunurdu.

Azvision.az


Teqlər: Türkiyə   Terrorçu  





Xəbər lenti