Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
  26 İyul 2020    Oxunub:4529
Gürcüstanda son sutka ərzində 14 nəfər koronavirusa yoluxub. Bununla ölkədə virusa yoluxanların ümumi sayı 1131 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, indiyədək 920 nəfər sağalıb, 16 xəstə pandemiyanın qurbanı olub. Hazırda karantində 6183, stasionar nəzarətdə isə 302 nəfər saxlanılır.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus   Pandemiya  





Xəbər lenti