Türkiyədə COVID-19-la bağlı son vəziyyət

   Türkiyədə COVID-19-la bağlı son vəziyyət
  26 İyul 2020    Oxunub:6066
Türkiyədə son sutka ərzində 16 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 921 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5596, virusa yoluxanlar isə 225 min 173 nəfərə çatıb.

Türkiyədə indiyədək 208 min 477 xəstə (son sutkada 1103 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti