Koronavirusa yoluxanların sayı 16 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 16 milyonu keçdi
  26 İyul 2020    Oxunub:5989
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 16 milyon nəfəri keçib.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda virusa yoluxma sayı 16 milyon 61 min 91, pandemiya qurbanlarının sayı isə 644 min 997 nəfərə çatıb.

İndiyədək 9 milyon 820 min 260 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti