İtaliyada daha 190 nəfər koronavirusa yoluxub

İtaliyada daha 190 nəfər koronavirusa yoluxub
  21 İyul 2020    Oxunub:2959
İtaliyada son sutka ərzində 190 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 244 min 624 nəfərdir.

Son bir gündə pandemiya qurbanlarının sayı 13 nəfər artaraq 35 min 58-ə çatıb, 197 min 162 xəstə müalicə olunaraq sağalıb.

Azvision.az



Teqlər: İtaliya   Koronavirus   Pandemiya  





Xəbər lenti