TƏBİB: 58 xəstə süni tənəffüs cihazına qoşulub

      TƏBİB:    58 xəstə süni tənəffüs cihazına qoşulub
  21 İyul 2020    Oxunub:3562
Azərbaycanda koronavirusla bağlı 20 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 6817 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 634 min 698-a çatıb.

Reanimasiyada olan xəstə sayı 344, süni tənəffüs cihazında olan xəstə sayı 58-dir.

Hazırkı dövrədək ölkəmizdə 27 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 19 min 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib. Aktiv xəstə sayı 8037 nəfərdir.



Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti