Türkiyədə koronavirusa yoluxma sayı 220 mini keçdi

   Türkiyədə koronavirusa yoluxma sayı 220 mini keçdi
  21 İyul 2020    Oxunub:3508
Türkiyədə son sutka ərzində 17 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 931 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5508, virusa yoluxanlar isə 220 min 572 nəfərə çatıb.

Türkiyədə indiyədək 203 mindən çox xəstə (son sutkada 992 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az



Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti