Daha 158 Pakistan vətəndaşı ölkəsinə yola salındı - FOTO

 Daha 158 Pakistan vətəndaşı ölkəsinə yola salındı -  FOTO
  20 İyul 2020    Oxunub:3838
Koronovirus pandemiyasına görə Azərbaycanda qalmış daha 158 Pakistan vətəndaşı bu gün xüsusi reyslə ölkələrinə yola salınıb.
Azvision.az Pakistanın ölkəmizdəki səfirliyinə istinadən xəbər verir ki, onların arasında qısa müddətə turist, biznes məqsədilə Azərbaycana səfər edənlər var.

Budan əlavə, həmin uçuşla 18 Azərbaycan vətəndaşı Pakistandan Bakıya gətirilib.

Səfirlik vətəndaşlarının geri qaytarılması prosesində dəstəyə, əməkdaşlığa görə Azərbaycan hökumətinə təşəkkür edib.





Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycanhökuməti  





Xəbər lenti