İranda koronavirusdan daha 227 nəfər ölüb

İranda koronavirusdan daha 227 nəfər ölüb
  20 İyul 2020    Oxunub:2569
İranda son sutka ərzində yeni növ koronavirusa 2414 yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə indiyə kimi 276 min 202 nəfər virusa yoluxub, 240 min 87 xəstə sağalıb.

Son sutka ərzində 227 nəfər olmaqla, ümumilikdə COVID-19 qurbanlarının sayı 14 min 405 nəfərə çatıb. Hazırda 3583 xəstənin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti