Ermənistanda yenidən bomba həyacanı

Ermənistanda yenidən bomba həyacanı
  20 İyul 2020    Oxunub:3211
Ermənistanın Armavir şəhərində üç obyektə bomba yerləşdirilməsi barədə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, ölkənin Fövqəladə Xidmət Mərkəzinin xilasediciləri məlumatı yoxlamaq üçün hadisə yerinə gediblər.

Belə ki, “İsso Moll” ticarət-əyləncə mərkəzinə, “BTB” bankın filialı və “Viqaro” mağazasına partlayıcı qurğu yerləşdirildiyi bildirilib. İnsanlar həmin obyektdən təxliyə olunublar.

Xatırladaq ki, son günlər Ermənistanda müxtəlif yerlərə bomba qoyulması barədə siqnallar daxil olur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti