Gündəlik yoluxma sayı 388-ə düşdü, daha 517 nəfər sağaldı

 Gündəlik yoluxma sayı 388-ə düşdü,  daha 517 nəfər sağaldı
  19 İyul 2020    Oxunub:6039
Ötən sutka ərzində koronavirus infeksiyasına 388 yoluxma faktı qeydə alınıb, 517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 27 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 min 967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər vəfat edib. Aktiv xəstə sayı 8200 nəfərdir.

Ötən müddət ərzində 627 min 881 test aparılıb. Bugünkü test sayı isə 8095-dir.

Azvision.az



Teqlər: Koronavirus   Pandemiya   Qərargah  





Xəbər lenti