İranda koronavirusdan ölüm sayı 14 mini keçib

 İranda koronavirusdan ölüm sayı 14 mini keçib
  19 İyul 2020    Oxunub:4217
İranda son 24 saat ərzində 2182 nəfər yeni növ koronavirusa yoluxub, 209 xəstə vəfat edib.
Azvision.az İranın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, virusa yoluxanların ümumi sayı 273 656 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 14 188 nəfərdir. İndiyədək 237 788 xəstə sağalıb. Virus daşıyıcılarından 3556 nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, bir neçə gün əvvəl İran Prezidenti Həsən Ruhani ölkədə koronavirusun ikinci dalğasının başladığını elan edib.

Azvision.az



Teqlər: İran   Koronavirus   Pandemiya  





Xəbər lenti