Ermənistana məxsus PUA məhv edildi

  16 İyul 2020    Oxunub : 3972
  Ermənistana məxsus PUA məhv edildi
İyulun 16-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Müdafiə Nazirliyindəm Azvision.az-a verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.

Azvision.az

Teqlər: PUA   Düşmən