London derbisini “Tottenhem” qazandı

London derbisini “Tottenhem” qazandı
  13 İyul 2020    Oxunub:9191
İngiltərə Premyer Liqasında 35-ci turun mərkəzi qarşılaşması keçirilib.
Azvision.az xəbər verir ki, turun əsas görüşündə iki London təmsilçisi - “Tottenhem” və “Arsenal” komandaları üz-üzə gəlib.

“Tottenham Hotspur” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu qələbədən sonra xal ehtiyatını 52-ə çatdıran “Tottenhem” turnir cədvəlində 8-ci, “Arsenal” isə 50 xalla 9-cu sırada qərarlaşıb.

Azvision.az


Teqlər: Derbi   İngiltərə  





Xəbər lenti