Aleksey İsayev "Sabah"da

Aleksey İsayev "Sabah"da
  09 İyul 2020    Oxunub:4763
“Sabah” FK heyətini yeni futbolçu ilə gücləndirib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Aleksey İsayev bundan sonra komandanın uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

İsayev karyerası ərzində Rusiyanın “Yenisey” (2014-17, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış edib. Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” (2018-2020) olub.

Xatırladaq ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah”, daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev və Slavik Alxasovu heyətinə cəlb edib.

Azvision.az


Teqlər: Sabah   Klub   Transfer  





Xəbər lenti