BMX növü üzrə dünya çempionatı ləğv edildi

BMX növü üzrə dünya çempionatı ləğv edildi
  07 İyul 2020    Oxunub:5253
Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) velosiped idmanının BMX növü üzrə 2020-ci ildə keçirilməsi planlaşdırılan dünya çempionatını ləğv edib.
Azvision.az xəbər verir ki, bu barədə UCI-nin mətbuat xidməti məlumat yayıb. Yarış mayın 26-dan 31-dək Amerikanın Hyuston şəhərində keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən turnir əvvəlcə qeyri-müəyyən vaxta təxirə salınsa da, təşkilatçılar dünya çempionatı üçün alternativ tarix müəyyənləşdirə bilmədiklərindən çempionat ləğv olunub.

Qeyd edək ki, BMX üzrə növbəti dünya çempionatı 2021-ci ilin avqustun 20-dən 25-dək Hollandiyada keçiriləcək.

Azvision.az


Teqlər: Yarış   İdman  





Xəbər lenti