Pekində koronavirusa yoluxma sayı artır

Pekində koronavirusa yoluxma sayı artır
  14 İyun 2020    Oxunub:3398
Ötən gün Pekində koronavirusa 36 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pekin Şəhər Təbliğat İdarəsi rəhbərinin müavini Hyu Heczyan bildirib.

Onun sözlərinə görə, son bir neçə gündür ki, şəhərdə ard-arda virusa yoluxma faktı aşkar edilir. Bunun “Sinfandi” ət və kənd təsərrüfatı məhsullarının topdansatış bazarı ilə əlaqəli olduğu qeyd edilir.

Kütləvi testin nəticələrinə əsasən, gün ərzində bazarla əlaqəli 46 asimptomatik COVID-19 daşıyıcısı aşkar edilib. Vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün Fentay bölgəsində hərbi rejim tətbiq edilib.

"Sinfandi" topdansatış bazarında işləyən, yaxınlıqda yaşayan və ya mayın 30-dan bəri orada bazarlıq edən hər kəs test ediləcək.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Çin   Pekin  





Xəbər lenti