Braziliyada COVID-19-a yoluxanların sayı 850 mini keçib

Braziliyada COVID-19-a yoluxanların sayı 850 mini keçib
  14 İyun 2020    Oxunub:3593
Braziliyada son sutkada koronavirus infeksiyasına 21 704 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 892 nəfər vəfat edib. Hazırkı dövrədək ölkədə ümumilikdə 850 514 nəfərin koronavirusa yoluxması müəyyən edilib, onlardan 379 245 nəfər müalicə olunaraq sağalıb, 42 720 xəstə həyatını itirib.

Azvision.az



Teqlər: Braziliya   Koronavirus  





Xəbər lenti