Türkiyədə daha 1459 nəfər koronavirusa yoluxub

Türkiyədə daha 1459 nəfər koronavirusa yoluxub
  14 İyun 2020    Oxunub:5072
Türkiyədə son sutka ərzində 14 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1459 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4792, yoluxanlar isə 176 677 nəfərə çatıb.

Türkiyədə indiyədək 150 087 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti