Sevgilisinin fotosunu bəyənən qadının üzünə "kislota" atdı

Sevgilisinin fotosunu bəyənən qadının üzünə "kislota" atdı
  13 İyun 2020    Oxunub:4256
Yunanıstanda 35 yaşlı qadın sevglisinin şəklini bəyənən xanımın üzünə kislota atıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Efi adlı qadın sevgilisinin "İnstaqram"da İoanna adlı bir nəfərin iki il öncə paylaşdığı şəkillərini layk etdiyini, ona dostluq göndərdiyini və mesajlar yazdığını öyrənib.

Bundan qəzəblənən Efi həmin qadının çalışdığı sığorta şirkətinə gedib və onun üzünə kislota ataraq qaçıb. Nəticədə İoannanın üzünün 93 faizi yanıb.

Polis Efeni saxlayıb. Qısqanclığın qurbanı olan İoanna isə estetik əməliyyatlarla əvvəlki vəziyyətinə qayıtmağa çalışır.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yunanıstan   hadisə  





Xəbər lenti