Paşinyan koronavirusdan sui-istifadə edir

 Paşinyan koronavirusdan sui-istifadə edir
  12 İyun 2020    Oxunub:2260
Ermənistan hakimiyyətinin fövqəladə vəziyyət rejimini üçüncü dəfə uzatması siyasi proseslərlə əlaqədardır.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məlumatda bildirilir ki, bu gün hökumətin fövqəladə iclası keçiriləcək və bundan sonra qərarın təsdiqlənməsi üçün parlamentin xüsusi iclası çağırılacaq.

“İqtidar dairələrindəki mənbələrə görə, fövqəladə vəziyyət rejiminin uzadılması siyasi proseslərlə əlaqədardır. Hakimiyyət daxili siyasi kəskinləşmə və kütləvi aksiyaların mümkün ssenarilərini nəzərə alaraq bu qərara gəlib. Çünki fövqəladə vəziyyət zamanı etiraz aksiyaları keçirmək qadağandır”, - deyə məqalədə vurğulanıb.

Xatırladaq ki, Ermənistanda fövqəladə vəziyyət rejimi iyunun 13-də başa çatır. Baş nazir Nikol Paşinyan müddətin daha bir ay uzadılacağını deyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti