“Polislərin çoxu həqiqətən yaxşı insanlardır” - Tramp

 “Polislərin çoxu həqiqətən yaxşı insanlardır” -  Tramp
  12 İyun 2020    Oxunub:2670
Minneapolisdə (Minnesota ştatı) afroamerikalı Corc Floydu saxlayan dörd polis utancverici hərəkət edib. Amma buna görə bütün Amerika polis qüvvələrini mühakimə etmək olmaz.
Azvision.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

O bildirib ki, polis əməkdaşları kritik vəziyyətlərdə düzgün hərəkət etmək üçün hərtərəfli peşəkar hazırlıq keçirlər.

"Bu səkkiz dəqiqə yalnız dəhşətli deyildi, həm də utancvericidir. İnsanlar bütün polislərin belə olduğuna inanmağa başlayırlar. Bu, belə deyil. Polislərin çoxu həqiqətən yaxşı insanlardır", - deyə Tramp vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CorcFloyd  





Xəbər lenti