Çində son sutkada 7 yoluxma qeydə alınıb

Çində son sutkada 7 yoluxma qeydə alınıb
  12 İyun 2020    Oxunub:3578
Çində son sutka ərzində koronavirus infeksiyasına 7 yeni yoluxma qeydə alınıb, 4 xəstə sağalıb, ölən olmayıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, daha bir simptomsuz hal aşkarlanıb.

Çində epidemiya başlayandan indiyədək 83064 yoluxma olub, 78365 nəfər sağalıb, 4634 xəstə ölüb. Hazırda xəstəxanalarda 65 nəfər var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti