Koronavirusa yoluxanların sayı 7,5 milyonu keçdi

   Koronavirusa yoluxanların sayı 7,5 milyonu keçdi
  12 İyun 2020    Oxunub:4650
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 7 milyon 539 min 914 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 421 min 394 nəfərdir.

İndiyədək 3 milyon 822 min 639 nəfər xəstəlikdən sağalıb. Ən çox yoluxma (2,077,496) və ölüm faktı (115,576) ABŞ-da qeyd alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti