İrəvan Tbilisidən kömək istəyib

 İrəvan Tbilisidən kömək istəyib
  11 İyun 2020    Oxunub:2769
Gürcüstan koronavirus infeksiyası ilə mübarizə aparmaq məqsədilə Ermənistana tibbi heyət göndərəcək.
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın Baş Naziri Qiorgi Qaxariya hökumətin iclasında deyib.

“Hər gün şəxsən Ermənistanın baş naziri, eləcə də səhiyyə, iqtisadiyyat və xarici işlər nazirləri ilə ünsiyyət qururam. Qonşularımızın hansı köməyə ehtiyacı olduğunu müəyyən etdik", - deyə Baş Nazir bildirib.

Onun sözlərinə görə, Səhiyyə nazirinə qonşu Ermənistana yardım göstərmək üçün hazırlıq işlərinə başlamaq tapşırılıb. İlk növbədə, tibbi heyət Ermənistana göndəriləcək.

"Belə bir xahiş qonşularımızdan gəldi", - Qaxariya əlavə edib.

Xatırladaq ki, iyun ayının 11-nə olan məlumata görə, Ermənistanda koronavirusa yoluxanların sayı 14 669, Gürcüstanda isə 828 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QiorgiQaxariya  





Xəbər lenti