Ermənistanda koronavirusa yoluxma sayı 15 minə çatır

Ermənistanda koronavirusa yoluxma sayı 15 minə çatır
  11 İyun 2020    Oxunub:1916
Ermənistanda son sutkada daha 566 nəfər koronavirusa yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla aşkar edilmiş ümumi yoluxma hallarının sayı 14 669-a yüksəlib.

Pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 245 olub. Koronavirusa yoluxub, başqa xəstəlikdən ölənlərin sayı 82 nəfərdir.

İndiyədək 5 466 nəfər virusdan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti