Rusiya sərhədlərini açır

 Rusiya sərhədlərini açır
  08 İyun 2020    Oxunub:7861
Ruslar qohumlarını ziyarət etmək, müalicə olunmaq, işləmək və təhsil almaq üçün xaricə gedə biləcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazir Mixail Mişustin Koronavirusla Mübarizə üzrə Koordinasiya Şurasının iclasında deyib.

Baş Nazir əlavə edib ki, əcnəbilər də tibbi məqsədlər üçün Rusiyaya gələ biləcəklər. Müvafiq fərmanlar artıq imzalanıb.

Xatırladaq ki, Rusiyada koronavirusa 476 658 yoluxma aşkar edilib, 230 mindən çox insan sağalıb, 5971 nəfər ölüb.

Mütəxəssirlərin fikrincə, ölkə infeksiyanın pik həddini keçib. Rusiyada tətbiq olunan məhdudiyyətlər tədricən ləğv edilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti