Paşinyan koronavirusdan sağaldığını deyir

Paşinyan koronavirusdan sağaldığını deyir
  08 İyun 2020    Oxunub:2644
Ermənistanın baş naziri Nikol Paşinyan və ailə üzvləri koronavirusdan sağalıb.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyan "Facebook" səhifəsində bildirib.

Düz bir həftə əvvəl, iyunun 1-də baş nazir ailə üzvləri ilə birlikdə koronavirusa yoluxduğunu elan etmişdi. O, xəstəliyin simptomlarının olmadığını, evində təcrid vəziyyətində qaldığını bildirirdi.

"Biz indicə təkrar testlərimizin nəticələrini aldıq. Bütün cavablar mənfidir. Dünən də mənfi nəticələr alınmışdı. Əlbəttə ki, infeksiyanın vəziyyətini və vaxtını nəzərdən keçirməliyik, amma indi hamımızın sağlam və immunitetli olmağı vacibdir",- deyə Paşinyan əlavə edib.

O, bu gündən etibarən tam iş rejiminə qayıtdığını qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti