İranda daha 70 nəfər koronavirusdan öldü

 İranda daha 70 nəfər koronavirusdan öldü
  08 İyun 2020    Oxunub:2998
İranda son sutka ərzində daha 2043 nəfər koronavirusa yoluxub, aşkar edilmiş ümumi yoluxma sayı 173 832-dir.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, bir gündə 70 nəfər olmaqla, pandemiya qurbanlarının sayı 8351-ə çatıb.

İndiyədək 136 360 xəstə sağalıb, hazırda 2619 nəfərin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti