Almaniyada son sutkada 214 nəfər koronavirusa yoluxub

Almaniyada son sutkada 214 nəfər koronavirusa yoluxub
  08 İyun 2020    Oxunub:2241
Almaniyada son sutka ərzində yeni növ koronavirusa daha 214 nəfər yoluxub, 6 xəstə vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin tərkibinə daxil olan və COVID-19 xəstəliyinə yoluxma ilə bağlı statistika aparan Robert Kox institutu məlumat yayıb.

Məlumata görə, Almaniyada aşkar edilmiş ümumi yoluxma hallarının sayı 184 193, virusdan ölənlərin sayı isə 8 674 nəfərdir.

İndiyədək 169 mindən çox xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti