Bir gündə 136 mindən çox insan COVID-19-a yoluxdu

  Bir gündə 136 mindən çox insan COVID-19-a yoluxdu
  08 İyun 2020    Oxunub:3938
Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.
Azvision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Hesabata əsasən, ötən sutka ərzində 136 409 nəfər yeni növ koronavirusa yoluxub, 4586 pasiyent dünyasını dəyişib.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 7 milyon 47 min 686 nəfərdir. İndiyədək 403 min 572 nəfər pandemiyanın qurbanı olub.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti