Tramp göstəriş verdi - Ordu paytaxtdan çıxır

  Tramp göstəriş verdi  - Ordu paytaxtdan çıxır
  08 İyun 2020    Oxunub:3834
ABŞ Prezidenti Donald Tramp milli qvardiyanın paytaxt Vaşinqtondan çıxarılması barədə göstəriş verib. O, bildirib ki, vəziyyət nəzarət altındadır.
Azvision.az xəbər verir ki, bu barədə Tramp "Twitter" səhifəsində yazıb.

"Qoşunların Vaşinqtondan çıxarılması ilə bağlı milli qvardiyaya yenicə göstəriş vermişəm. Onlar evə gedəcəklər, ancaq lazım gələrsə, geri qayıda bilərlər. Dünən gecə etirazçıların sayı gözləniləndən qat-qat az oldu".

Qeyd edək ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ölkədə etirazlara səbəb olub. Vaşinqtonda irqçilik və polis zorakılığına qarşı minlərlə insanın iştirakı ilə aksiyalar keçirilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti