“Ollandın arvadı lüks sindromuna yoluxub”

“Ollandın arvadı lüks sindromuna yoluxub”
  10 Fevral 2013    Oxunub:1907
Fransanın birinci xanımı Valeriya Trierveiler də əvvəlki “first lady”lər kimi “Mariya Antuanetta sindromuna” yoluxmaqda ittiham olunub.
Fransanın nüfuzlu VSD jurnalı xalqı üçün “Çörək tapmasalar qoy pirojna yesinlər” deyən Fransız kraliçası Mariya Antuanettadan ilhamlanan sindroma bu dəfə Ollandın sevgilisi, jurnalist xanım Valeriya Trierveiler də tutulduğunu yazıb. Sindroma yoluxanların lüks düşkünü olmağa başladıqlarını yazan jurnal, Trierveilerin ziyafət və moda həftələrini qaçırmadığını vurğulayıb. Buna görə də Paris moda həftəsi çərçivəsində ölkənin ən varlı adamı Bernard Arnaultun yanında görüntülənən birinci xanım, prezident Ollandın lideri olduğu Sosialist Partiyası ilə daimi gərginlik içərisindədir.

VSD, “Minlərlə fransız iş tapmağa çalışdığı bir vaxtda “birinci leydi” moda nümayişlərinə qatılır. Bu vəziyyət partiyaya səs verən insanların da narazılığa səbəb olur. Trierveiler zəhmətkeşlər yerinə lüks həyat və milyarderləri seçir” deyə yazıb.


Teqlər:





Xəbər lenti