AFFA mövsümü dayandırdı: Qaliblər elan edildi

   AFFA mövsümü dayandırdı:    Qaliblər elan edildi
  02 İyun 2020    Oxunub:8620
Azərbaycan birinci divizionunda mövsüm vaxtından əvvəl başa çatdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Bildirilib ki, xüsusi karantin rejimi nəzərə alınaraq, bu gün AFFA-nın İcraiyyə Komitəsini üzvlərindən telefon zəngi vasitəsilə Birinci Divizion, Gənclər Liqası və digər məsələlər barədə münasibət öyrənilib.

Birinci Divizionda çıxış edən klubların müxtəlif regionları təmsil etməsi, yay mövsümü ilə əlaqədar oyunların axşam saatlarında keçirilməsi zərurətinin yaranması və bəzi stadionlarda infrastrukturun (işıqlandırma sisteminin) müvafiq tələblərə cavab verməməsi, iştirakçı klublarla aparılmış müzakirələr nəzərə alınaraq, Birinci Divizionda mövsüm dayandırılıb, hazırkı turnir cədvəlinə uyğun olaraq qalib elan olunub. Nəticədə "Turan Tovuz" 37 xalla turnirin qalibi olub.

Bundan başqa, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar təxirə salınmış Gənclər Liqasında oyunların keçirildiyi stadionlarda infrastruktur amilləri nəzərə alınaraq, mövsüm dayandırılıb, hazırkı turnir cədvəlinə əsasən qalib elan edilib. Gənclər Liqasında qalib "Qəbələ" olub.

Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti